21 fevral 2024, 16:31

Laçın Babayevadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident!

Siz Vətən müharibəsində tarixi bir zəfərə imza ataraq, milli qürurumuzu özümüzə qaytardığınız, adınızı şərəflə Azərbaycanın qələbə tarixinə yazdınız! Fevralın 7-də Azərbaycanın bütün bölgələrində keçirilən seçkilərdə qazandığınız qələbə də Azərbaycan tarixinə düşdü.

Ümummilli Liderimizin və şəhidlərimizin ruhu şaddır. Bütün dünya Azərbaycanın necə güclü qüdrətli bir dövlət olduğunu, Prezidentinə tam etimad göstərdiyini gördü.

Sizi qazandığınız qələbə münasibətilə təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Babayeva Laçın, Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anası

Azərbaycan Respublikası, Salyan rayonu, Yeni Uluxanlı kəndi.