21 fevral 2024, 16:53

Sərdar Xankişiyevdən, Mingəçevir, Azərbaycan

Azərbaycanın hörmətli Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Zəfər Sərkərdəsi!

Əvvəlcə, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyiniz üçün Sizi, əsgər və zabitlərinizi təbrik edir, Sizə daim qələbə arzulayırıq. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.

Vətəninə, xalqına, dövlətinə son dərəcə sədaqətli olan İlham Heydər oğlu, yenidən Prezident seçilməyiniz münasibətilə, həm Sizi, həm də Sizə səs verən xalqımızı səmimi- qəlbdən təbrik edirik. Zəfər seçkisi Sizin xalqımıza və xalqımızın Sizə olan sevgisinin nümunəsidir.

Əziz və xilaskar Prezidentimiz, Sizə bütöv Azərbaycan uğrunda uğurlar arzulayıram. Allah Sizi və Ordumuzu qorusun.

Sizə ithaf etdiyim şeiri ali diqqətinizə təqdim edirəm.

 

İLHAM OLUBDUR

Uzun aylar-illər həsrətdə qalan,

Yurdun sərkərdəsi, İlham olubdur.

Torpağı işğalda qalan ölkənin,

Zəfər sərkərdəsi İlham olubdur.

 

Vətəni naminə yuxusuz qalan,

Xalqa ümid verib, xalqdan güc alan,

Əsgərlə, zabitlə daim ucalan,

Hərbin sərkərdəsi İlham olubdur.

 

Çətin zamanlardan inamla çıxan,

Beynəlxalq aləmdə düşməni yıxan,

Millətin tarixin danışıb yayan,

Milli sərkərdəsi İlham olubdur.

 

Niyyəti əməli üst-üstə düşən,

Elmində işində təcrübə bilən,

Dostunu düşməni əməldə seçən,

Xalqın sərkərdəsi İlham olubdur.

 

Yurdun torpağında zəfərlər çalan,

Qırx dörd gün ərzində qisasın alan,

Millətin qəlbinə sevinclər salan,

Elin sərkərdəsi İlham olubdur.

 

Beynəlxalq aləmdə haqq yolda qalan,

Vətən savaşında qələbə çalan,

Ay Sərdar millətdən qəhrəman olan,

Əsil sərkərdəsi İlham olubdur.

 

Hörmətlə,

Sərdar Xankişiyev

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.