21 fevral 2024, 17:15

Dönməz Məmmədovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən dövlətimizin başçısı seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Seçkinin nəticələri bir daha göstərdi ki, xalqımız gələcək inkişafa, tərəqqiyə səs verdi.

Andiçmə mərasimində verdiyiniz bəyanatlar bizi bir daha əmin etdi ki, ölkəmiz daha da güclənəcək və davamlı uğurlara imza atacaqdır.

Cənab Prezident, qəlbinizdəki arzulara qoşulur və inanırıq ki, respublikamız Sizin rəhbərliyinizlə böyük zirvələr fəth edəcəkdir. Sizə bu yolda möhkəm cansağlığı, səbir və dözüm, yeni-yeni uğurlar, nailiyyətlər arzulayıram.

Hörmətlə,

Dönməz Məmmədov, müharibə veteranı, “AMAL-D” MMC-nin direktoru.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.