Fəxrəddin Həsənzadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı və Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən məqsədyönlü fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Gənclərimiz öz Prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən Liderinə hər zaman dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu. Bu seçkilərin ədalətli nəticəsi Sizin tərəfinizdən son 20 ildə həyata keçirilən sosial, iqtisadi və siyasi islahatlara, hərbi qələbələrə geniş ictimai dəstəyin əyani göstəricisidir. Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan kimi Sizin qüdrətli sərkərdəliyiniz, müdrik siyasətiniz ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdiniz. İndi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz Prezident seçkiləri ilə qoyulur.
Növbədənkənar Prezident seçkilərinin nəticələri xalqın mütləq əksəriyyətinin öz Liderinə sonsuz inamını ifadə etməklə yanaşı, öz xoşbəxt gələcəyinin yeganə təminatçısı kimi Sizə etibar etdiyini bir daha təsdiqləyir.
Əminik ki, bundan sonra da Siz Azərbaycanın, onun gənclərinin inkişafı üçün əlinizdən gələni əsirgəməyəcəksiniz.
Biz gənclər Sizinlə fəxr edirik.
Hörmətlə,
Həsənzadı Fəxrəddin, "Gənclər üçün Təhsil Mərkəzi" İctimai Birliyinin direktoru
Azərbaycan Respublikası, Bakı şəhəri