21 fevral 2024, 17:35

Elvin Nəsirovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ailəm adından təbrik edirəm. Mən Aprel döyüşlərinin, o cümlədən Vətən müharibəsinin iştirakçısıyam. Bu gün böyük qürur hissi keçirirəm ki, Ordumuz savaş meydanından üzüağ, alnıaçıq çıxdı. Uzun illər düşmən tapdağında olan torpaqlarımız Sizin rəhbərliyinizlə işğaldan azad edildi. Bütün bunlar Sizin müdrik və uzaqgörən siyasətinizin nəticəsidir. Azərbaycan xalqının rifahı naminə görəcəyiniz işlərdə Sizə müvəffəqiyyətlər arzulayıram!

Hörmətlə,

Elvin Eynulla oğlu Nəsirov

Azərbaycan Respublikası, Astara rayonu, Ərçivan qəsəbəsi.