21 fevral 2024, 18:51
Rüfət Abdullayevdən, Yevlax, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi qazandığınız möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Siz Azərbaycan xalqının ürəyini fəth etmiş əbədi Lidersiniz.
Ailə üzvlərimiz Sizinlə qürur duyuruq, hər çıxışınızı fəxrlə izləyirik. Azyaşlı övladlarım Dəniz və Nurəddin də Sizi çox sevir.
Siz Azərbaycan xalqının arzularını reallaşdıran Lider kimi adınızı tarixə saldınız. Əminik ki, bütün sahələrdə uğurlarımız, qələbələrimiz davamlı olacaq.
Hörmətlə,
Abdullayev Rüfət
Azərbaycan Respublikası, Yevlax şəhəri