22 fevral 2024, 09:41
Xatay Vəliyevdən, Samux, Azərbaycan
Əziz Ali Baş Komandan,
Ərazi bütövlüyü bərpa olunmuş Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi özümün, ailəmin və Samux rayonunun bütün əhalisi adından təbrik edir, Sizə uzun ömür, cansağlığı və ailə səadəti arzulayıram.
Sizin sayənizdə müasir müstəqil Azərbaycan özünün ən gözəl dövranını, ən xoş günlərini yaşayır. Otuz ilə yaxın düşmən işğalında qalmış torpaqlarımız, o cümlədən cənnət Qarabağımız artıq azaddır.
Cənab Prezident, növbəti illərdə doğma yurdumuzun daha da çiçəklənəcəyinə inanır və Sizə bu yolda uğurlar arzulayırıq.
Hörmətlə,
Xatay Vəliyev
Azərbaycan Respublikası, Samux şəhəri.