22 fevral 2024, 09:54
Abdulqədir Ansuxskiydən, Balakən, Azərbaycan
Möhtərəm cənab Prezident!
Müzəffər Ali Baş Komandan!
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqı şanlı tarix yazan, bütün vədlərini yerinə yetirən, dövlətini qüdrətli edən müdrik şəxsiyyəti – Sizi yenidən dövlət başçısı seçdi.
Əminəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan daha yüksək zirvələr fəth edəcək və davamlı uğurlara imza atacaqdır. Xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Abdulqədir Ansuxskiy
“Balacans” MMC-nin kollektivi adından.
Azərbaycan Respublikası, Balakən rayonu.