22 fevral 2024, 10:37
İsmayıl Rəhimovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ailə üzvlərim adından ürəkdən təbrik edirəm. Düşmən tapdağında olmuş torpaqlarımızın Sizin rəhbərliyiniz altında işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası, ölkənin beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsi bizi qürurlandırdı. Xalq bu qürurun müəllifinə – Sizə yenidən səs verdi.
Hər gün çiçəklənən Azərbaycanımızın parlaq gələcəyi naminə şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram! Sizinlə fəxr edirəm!
Hörmətlə,
İsmayıl Qənbər oğlu Rəhimov, şəhid qardaşı
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Pərioğullar kəndi.