22 fevral 2024, 11:17

Rəfael Mustafayevdən, Şəki, Azərbaycan

Cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı!

Növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi sidq ürəkdən təbrik edirəm.

Sizin istər daxili, istərsə də xarici siyasi kursunuz, sosial-iqtisadi təşəbbüsləriniz, ardıcıl həyata keçirilən dövlət proqramları ölkəmizin bugünkü və gələcək inkişafına, sabitliyin qorunmasına, xalqımızın güzəranının yaxşılaşdırılmasına xidmət göstərən amillərdir.

Sizə ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar cansağlığı arzulayıram. Sağlamlığını Vətən, torpaq üçün qurban vermiş insanlar daim Sizin arxanızdadır.

Hörmətlə,

Mustafayev Rəfael Gülməmməd oğlu,

II qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Şəki şəhəri.