Rüstəm Şəfaqətovdan, Bakı, Azərbaycan
Hörmətli möhtərəm cənab Prezident.
Ölkəmizin müstəqillik dövründə ilk dəfə bütün ərazilərimizdə keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Səsvermənin nəticələri tərəfinizdən yürüdülən və ölkəmizin sosial-iqtisadi inkişafına yönlənmiş siyasətə Azərbaycan xalqının yüksək etimadını və dəstəyini bir daha sübut etdi.
İnanırıq ki, düşünülmüş, inamlı və qətiyyətli addımlarınız, yüksək peşəkarlıq nümunəsi olan bacarıqlarınız və milli adət-ənənələrimizə sadiqliyiniz, bununla yanaşı ədalətli qərarlarınız bundan sonra da ölkəmizin inkişafına və vətəndaşlarımızın rifahının yüksəldilməsinə kömək edəcəkdir.
Hörmətli cənab Prezident,
Sizə möhkəm cansağlığı, səadət və dövlət başçısı vəzifəsindəki məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq. “Alternativ Enerji Araşdırmaları Mərkəzi” İctimai Birliyi adından ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Şəfaqətov Rüstəm, Alternativ Enerji Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri
Azərbaycan Respublikası, Bakı şəhəri