22 fevral 2024, 12:20

Maisə Abbasovadan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı seçkilərə böyük sevinc və fəallıqla gedərək Sizə səs verdi.

Mən Sizi bütün şəhid anaları adından təbrik edir, Sizin diqqət və qayğınızdan razı olduğumuzu bildirirəm. Ölkəmizdə şəhid ailələrinə böyük diqqət və qayğı vardır. Sizin və Mehriban xanım Əliyevanın qayğısını həyatımızın hər anında hiss edirik.

Siz ailə üzvlərinizlə birlikdə Xankəndi şəhərində səs verməklə xalqımıza böyük fərəh hissi yaşatdınız. Bu hadisə bir daha o torpaqların əsl sahibinin kim olduğunu göstərdi.

Sizi növbəti dəfə Pezident seçilməniz münasibətilə təbrik edir, Sizə, rəhbərlik etdiyiniz ölkəmə, xalqıma yeni-yeni uğurlar arzulayıram.

Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Abbasova Maisə, Vətən müharibəsi şəhidi Səxavət Abbasovun anası.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.