22 fevral 2024, 12:33

Aysel Məmmədovadan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi öz adımdan və ailəmin adından təbrik edir və işlərinizdə uğurlar arzu edirəm. Siz biz gənclərə hər zaman diqqət və qayğı göstərirsiniz.

Prezidentliyiniz dövründə Sizin müdrik və uzaqgörən siyasətiniz, eləcə də ordu quruculuğu istiqamətində atdığınız qətiyyətli addımlar nəticəsində işğal altında olan torpaqlarımız düşmən tapdağından azad edilərək Azərbaycan xalqına Zəfər hissi bəxş etdiniz. Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu ölkələrdən biri olmuşdur.

Cənab Prezident, Sizə cansağlığı, uğurlar arzu edirəm.

Hörmətlə,

Aysel Məmmədova, Şəki Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı.

Azərbaycan Respublikası, Şəki şəhəri.