Vüsalə Qurbanovadan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi növbədənkənar prezident seçkisində möhtəşəm qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu gün bütün xalqımız Sizə güvənir. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olmağınızla qürur duyuruq. Seçkidə inamlı qələbəniz vətəndaşlarımızın Sizə göstərdiyi yüksək etimadın bariz nümunəsidir. Azərbaycan xalqı bundan sonra da Sizin saya-hesaba gəlməyən uğurlu işlərinizi ürəkdən dəstəkləyəcək.
Ümummilli Liderimizin siyasəti uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında yüksələn xətlə inkişaf edir. 20 il bundan əvvəl Azərbaycan xalqının Sizə böyük etimad göstərməsindən sonra həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Hörmətli cənab Prezident, Siz təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət idarəçiliyi ənənələrini ləyaqətlə davam etdirirsiniz. Əminəm ki, Sizin möhtəşəm liderlik keyfiyyətləriniz Azərbaycan Respublikasında siyasi sabitliyi və mədəni inkişafı daim təmin edəcək.
Möhtərəm cənab Prezident, kollektivimiz adından Sizi bir daha təbrik edirəm!
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Vüsalə Qurbanova
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.