22 fevral 2024, 14:13

Salyanın Kürqaraqaşlı və Beştalı kəndlərinin sakinlərindən, Azərbaycan

Hörmətli cənab Prezident!

Müzəffər Ali Baş Komandan!

Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qazandığınız inamlı qələbə münasibətilə Sizi Azərbaycan Respublikası Salyan rayonunun Kürqaraqaşlı və Beştalı kəndlərinin sakinləri adından təbrik edir, ölkəmizin tərəqqisi və inkişafı naminə fəaliyyətinizdə böyük uğurlar arzulayırıq.

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə böyük bərpa işlərinin həyata keçirilməsi, qısa zamanda bir neçə hava limanının, yolların inşasının başa çatması, bölgəyə Böyük Qayıdışın təmin edilməsi gördüyünüz işlərin nəticəsidir.

Doğma Azərbaycanımızın daha da qüdrətlənməsi və xalqımızın xoşbəxtliyi naminə yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və müvəffəqiyyətlər diləyirik!

Hörmətlə,

Zülfüqar Fazil oğlu Ağayev,

Elmir Akif oğlu Hüseynov,

Elnur Akif oğlu Hüseynov,

Rahil Telman oğlu Ağabəyov

Hikmət Ərəstun oğlu Əliyev və başqaları (97 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Kürqaraqaşlı və Beştalı kəndləri.