İslam Allahverdiyevdən, Beyləqan, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Biz xoşbəxt insanlarıq ki, seçkilərin işğaldan azad edilmiş torpaqlarımızda,
o cümlədən Xankəndi şəhərində də keçirilməsinin şahidi olduq. Ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpası bizim ən böyük arzumuz idi. Siz xalqımızın bu arzusunu həyata keçirdiniz, Ulu Öndərimizin vəsiyyətini yerinə yetirdiniz. Sizin ailə üzvlərinizlə birlikdə Xankəndidə səs verməyinizin bizə yaşatdığı qüruru sözlə ifadə etmək çətindir.
Əziz Prezidentimiz, seçkilərdə qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi təbrik edirəm. Sizin qətiyyətiniz, əzmkarlığınız, möhkəm iradəniz Azərbaycanı hazırkı inkişaf səviyyəsinə gətirib çıxarıb. Əminik ki, doğma Vətənimiz Sizin rəhbərliyinizlə gələcəkdə daha da qüdrətlənəcəkdir.
Ulu Tanrıdan Sizə uzun ömür, möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə tükənməz enerji, uğurlar arzulayıram.
Zəfər daim Sizinlə olsun!
Hörmətlə,
İslam Allahverdiyev
Azərbaycan Respublikası, Beyləqan rayonu, İkinci Şahsevən kəndi