22 fevral 2024, 15:03

Şəhriyar Hətəmov və ailə üzvlərindən, Lənkəran, Azərbaycan

Çox hörmətli və qayğıkeş Prezidentimiz,

Siz xalq tərəfindən sevilən müdrik siyasətçi, Qarabağın xilaskarısınız. Atdığınız hər addım Azərbaycana uğur gətirir, xalqımızın sevincinə səbəb olur. Sizin sayənizdə Azərbaycan həqiqətləri dünyaya daha yaxından tanıdıldı və çatdırıldı. Haqq səsimizi boğulmağa qoymadınız.

Yenidən Prezident seçilməyiniz münasibətilə Sizi və ailə üzvlərinizi ürəkdən təbrik edir, hamınıza xoş günlər və dövlətimizin inkişafı yolunda yeni uğurlar arzulayırıq.

Böyük hörmət və ehtiramla,

Şəhriyar Hətəmov və ailə üzvləri (6 nəfər)

Azərbaycan Respublikası, Lənkəran rayonu, Şağlaser kəndi.