22 fevral 2024, 15:43

Pənah Tahirovdan, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin sayənizdə Heydər Əliyevin vəsiyyəti, xalqımızın arzusu həyata keçdi – Qarabağ azad oldu. Bu reallığı yaradan müzəffər Lider, təcrübəli dövlət xadimi, xalqını sevən Prezident kimi növbədənkənar seçkilərdə də haqlı olaraq xalqın etimadını qazandınız.

Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi hər bir qərarınızda arxanızdadır. Məhz Sizin ətrafınızda birləşən xalqımız bu seçkilərdə də əsl vətəndaş həmrəyliyi, dünyaya örnək ola biləcək Xalq-Prezident birliyi göstərdi. Çünki Siz qurucu Lider, uğur simvolusunuz.

Cənab Prezident, Sizi ailə üzvlərimin adından fevralın 7-də Prezident seçilməyiniz münasibətilə təbrik edirəm.

Hörmətlə,

Tahirov Pənah, Yeni Azərbaycan Partiyasının üzvü

Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi