Orxan Əliyevdən, Goranboy, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı Sizin fevralın 7-də qazandığınız qələbə sevincini şanlı Qarabağ zəfərinin davamı kimi yaşayır, haqlı olaraq qürur hissi keçirir. Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən Liderinə böyük dəstək verir. Seçkilərdə qazandığınız inamlı qələbə bunun daha bir bariz təcəssümü oldu.
Qürurla sevindik ki, bu seçkilər Azərbaycanın hər bir guşəsində, o cümlədən 30 illik işğaldan azad edilmiş torpaqlarımızda keçirildi.
Möhtəşəm qələbəniz münasibətilə Sizi ürəkdən təbrik edir, ölkəmizin daha da inkişaf etdirilməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əliyev Orxan, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri
Azərbaycan Respublikası, Goranboy rayonu