22 fevral 2024, 16:45

Fənurə İsgəndərovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Yenidən dövlət başçımız seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Düşünülmüş siyasətiniz sayəsində Azərbaycan böyük nailiyyətlər əldə edib. Siz hər zaman xalqın dəstəyini qazanmısınız. Səsvermə günü mən də tərəddüd etmədən Sizə səs verdim. Çünki xalqımızın rifahının daha da yaxşılaşdırılması, ölkəmizin qüdrətinin daha da artması üçün Siz böyük işlər görmüsünüz. Əminəm ki, bu işləri yüksək səviyyədə davam etdirəcəksiniz.

Azərbaycan xalqı Sizi daim dəstəkləyir və Sizinlə qürur duyur!

Allah Sizi bizə çox görməsin!

Var olun qalib sərkərdəmiz!

Hörmətlə,

Fənurə Tağı qızı İsgəndərova

Azərbaycan Respublikası, Gəncə şəhəri.