22 fevral 2024, 17:22
Natiq Əliyevdən, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident,
Zəfər seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. İlk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş respublikamızın bütün bölgələrində səsvermə keçirildi.
Bu gün xalqımız sevinc və fərəh dolu günlərini yaşayır. Bizə Uca Tanrının qisməti ilə bu tarixi anları yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin liderliyinizlə bir xalq olaraq yumruq kimi birləşməyi bacardıq.
Cənab Prezident, Azərbaycanın inkişafı naminə atdığınız hər bir addımın uğurlu olmasını arzulayır, Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm.
Hörmətlə,
Natiq Əliyev,
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu.