Xalid Cəfərovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident,
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanmağınız və yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə böyük sevinc hissi ilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Ali Baş Komandanlığınızla yurd yerlərimizin işğaldan azad edilməsi və Azərbaycan Bayrağının həmin torpaqlarımızda dalğalanması, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası Sizin düşünülmüş siyasətinizin nəticəsidir. Sizin rəhbərliyinizlə respublikamızda həyata keçirilən islahatlar və əldə olunan nailiyyətlər saysız-hesabsızdır. Möhtərəm cənab Prezident, Sizə bu yolda möhkəm cansağlığı və xalqımızın rifahı naminə gələcək fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram!
Hörmətlə,
Xalid Hicran oğlu Cəfərov
Azərbaycan Respublikası, Şirvan şəhəri.