22 fevral 2024, 17:55
Zenfurə Cəfərovadan, Bakı, Azərbaycan
Azərbaycan xalqının əziz Prezidenti!
Fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində xalqın böyük səs çoxluğu ilə qazandığınız möhtəşəm qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.
Biz şəhid ailəsi olaraq, hər zaman Sizi dəstəkləyib, Sizə səs verdik. Sizin və Ali Baş Komandanı olduğunuz Ordumuzun sayəsində torpaqlarımız azadlığına qovuşdu, şəhidlərimizin qanı yerdə qalmadı.
Sizə cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzu edirik.
Hörmətlə,
Zenfurə Cəfərova,
şəhid ailəsinin üzvü
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.