Elvin Əliyevdən, İmişli, Azərbaycan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Siz Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasətini layiqincə davam etdirirsiniz. Bu gün Ulu Öndərimizin ruhu şaddır. Çünki Siz onun vəsiyyətini yerinə yetirdiniz. Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq doğma Qarabağımızı işğaldan azad etdiniz. Ümummilli Liderimiz Azərbaycanı həmişə bugünkü kimi güclü və qüdrətli görmək istəyirdi.
Müzəffər Ali Baş Komandan, Siz ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə, üçrəngli bayrağımızı işğaldan azad olunmuş ərazilərimizdə ucaltmaqla dövlətimizin gücünü, xalqımızın mənəvi birliyini, yenilməzliyini bir daha bütün dünyaya göstərdiniz. Siz Azərbaycana hər zaman nailiyyətlər qazandırırsınız, ölkəmiz yeni zəfərlərə doğru inamla irəliləyir.
Cənab Prezident Siz xalqımızı qoruyursunuz. Allah da Sizi qorusun! Allah Sizə uzun ömür, cansağlığı versin!
Hörmətlə,
Elvin Əliyev.
Azərbaycan Respublikası, İmişli rayonu.