22 fevral 2024, 18:35

Abbas Məmmədov və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Aii Baş Komandan,

Sizi fevralın 7-də keçirilən seçkilərdə qazandığınız növbəti böyük qələbə münasibətilə təbrik edir, müstəqil Azərbaycan dövlətinin, xalqımızın daha xoşbəxt gələcəyi naminə yeni-yeni uğurlar arzulayırıq.

Cənab Prezident Siz Azərbaycanın “Dəmir yumruq”lu və Zəfər bayraqlı Liderisiniz. Xalq öz taleyini Sizə etibar edir, inanır. Məhz bu inam sayəsində xalq-iqtidar birliyi həlledici amilə çevrilib.

Biz salyanlılar Sizin siyasətinizi alqışlayır, daim Sizin ətrafınızda dəmir yumruq kimi birləşmişik.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Məmmədov Abbas,

Miriyeva Lalə,

Əsədova Roza,

Ağayeva Arzu

Hüseynov Elnur və başqaları (132 nəfər)

Azərbaycan Respublikası, Salyan rayonu