22 fevral 2024, 18:50
Mübarək Feyzullayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Seçkilərdə inamlı qələbə qazanmağınız münasibətilə Sizi ailəmiz adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və siyasi fəaliyyətinizdə uğurlar arzu edirik. Dövlətimizin gündən-günə güclənməsi yolunda Uca Tanrı hər zaman yardımçınız olsun!
Cənab Prezident, Siz “mən hər bir azərbaycanlının Prezidentiyəm” sözlərinizin təsdiqini əməli və qətiyyətli addımlarınızla sübuta yetirdiniz. Buna görə də biz hər zaman Sizə inanıb, güvənib və arxalanmışıq. Var olun, əziz Prezident!
Hörmətlə,
Mübarək Feyzullayev,
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi.