Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının üzvlərindən, Ağsu, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda bir çox ölkələr üçün nümunə sayılır.
Son 20 ilin mənzərəsi göstərir ki, Sizin sayənizdə ölkəmizin özünəməxsus inkişaf yolu var və bu yol düzgün yoldur. Müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkilərinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi.
Sizi ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə mğhkəm cansağlığı və uzun ömür, doğma Azərbaycanımızın inkişafına və xalqımızın tərəqqisinə yönəlmiş şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni - yeni uğurlar arzulayırıq.
Hörmətlə
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının üzvləri
Azərbaycan Respublikası, Ağsu rayonu