22 fevral 2024, 19:13
Aynurə Salmanlıdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi adından Azərbaycan xalqının Sizə olan dəstəyi və inamı ilə yenidən Prezident seçilməyiniz münasibətilə təbriklərimizi çatdırırıq.
İnanırıq ki, seçkilərdə qazandığınız qələbə ölkəmizin tərəqqisinə, əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəkdir. Sizin rəhbərliyinizlə dövlətimiz etibarlı əllərdədir. Qalib Xalqın, Qalib Liderinə daim qələbə yaraşır!
Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun!
Hörmətlə,
Aynurə Salmanlı,
Azərbaycan Respublikası, Bakı şəhəri, Badamdar qəsəbəsi.