23 fevral 2024, 09:55
Emil Abdullayevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Daşkəsən rayonunun Çıraqlı kənd sakinləri, həmçinin həmin kəndin icra nümayəndəliyinin kollektivi adından səmimi-qəlbdən təbrik edirik.
Bu gün Sizin uzaqgörən və müdrik siyasətinizin nəticəsində Azərbaycan Respublikası beynəlxalq müstəvidə nüfuzlu ölkələrdən biri olmuşdur. Bütün bunlar yorulmaz gərgin iş fəaliyyətiniz, öncədən düşünülmüş, qətiyyətli addımlarınız sayəsində mümkün olmuşdur.
Cənab Prezident, Allahdan Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, nailiyyətlər arzulayırıq.
Uca Allah Sizi qorusun!
Hörmətlə,
Emil Abdullayev.
Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi.