23 fevral 2024, 11:17

Lalə Quliyevadan, Şamaxı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin Liderliyinizə olan hədsiz etimadının təzahürüdür.

Azərbaycan bugünkü inkişafı ilə dünyada söz sahibi olan bir ölkəyə çevrilir. Bu nəticə isə Sizin gərgin əməyiniz sayəsində əldə olunub. Siz Azərbaycanımızı bütün bəlalardan qoruyaraq daim irəli aparırsınız.

Sizə bundan sonrakı fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram.

Hörmətlə,

Quliyeva Lalə

Azərbaycan Respublikası, Şamaxı şəhəri