Vəfadar Əfəndiyev, Ağsu, Azərbaycan
Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm, fəaliyyətinizin yeni dönəmində Sizə uğurlar arzulayıram.
Bu seçkilərdə namizədliyinizin vətəndaşlar tərəfindən böyük səs çoxluğu ilə dəstəklənməsi xalqın Sizə olan inamının göstəricisidir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin bərqərar olması, ölkəmizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri bilavasitə Sizin adınızla bağlıdır.
Hörmətli Prezident,
Bu mühüm qələbə münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Əfəndiyev Vəfadar
Azərbaycan Respublikası, Ağsu rayonu