23 fevral 2024, 12:03

Natiq İsrafilovdan, Şəki, Azərbaycan

Müzəffər Ali Baş Komandan!

Xalqın yüksək səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, Sizə bu şərəfli və məsuliyyətli vəzifənin yerinə yetirilməsində uğurlar, ən əsası cansağlığı arzulayırıq.

Azərbaycan xalqı Sizə səs verməklə firavanlığı, ədaləti, tərəqqini seçmiş oldu. Çünki bütün bunlar Sizin fəaliyyətinizi səciyyələndirən amillərdir. Əminik ki, Azərbaycan Sizin rəhbərliyiniz altında bundan sonra inkişaf yolu ilə inamla irəliləyəcək, xalqımız daha xoş güzərana sahib olacaqdır.

Müharibə veteranları adından hörmətlə,

İsrafilov Natiq,

müharibə veteranı

Azərbaycan Respublikası, Şəki şəhəri.