23 fevral 2024, 12:16

İsaxan İmanovdan, Salyan, Azərbaycan

Möhtərəm Prezident,

Sizi növbəti dəfə yüksək səs çoxluğu ilə prezident seçkilərində qalib gəlməyiniz münasibəti ilə təbrik edirik.

Siz bizə Ulu Tanrının əvəzsiz bəxşisiniz və xilaskarımızsınız. Məhz Sizin sayənizdə doğma torpaqlarımız işğaldan azad olunub, dövlət sərhədlərimizin müdafiəsi təmin edilib, ərazi bütövlüyü tamamlanıb. İnanırıq ki, bundan sonra da xalqımızın rifah halının yaxşılaşdırılması, ölkəmizin iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi sahəsindəki misilsiz xidmətlərinizlə dövlətimiz dünyanın ən qabaqcıl dövlətləri sırasında bərqərar olacaqdır.

Sizin ölkəmizə rəhbərliyiniz dövrü Azərbaycan tarixinə qızıl dövr kimi əbədi yazılacaqdır. Uca Tanrının Sizə kömək etməsi üçün daim duaçıyıq.

Hörmətlə,

İmanov İsaxan Baba oğlu,

şəhid atası

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi