23 fevral 2024, 13:15

Nəzakət Abdulrazaqovadan, Şamaxı, Azərbaycan

Hörmətli cənab Prezident,

Fevralın 7-də bizə daha bir sevinc bəxş etdiniz. Xalqın Sizi necə sevdiyini bütün dünyaya nümayiş etdirdiniz.

Sizin inamlı qələbəniz rayon sakinləri tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Bu möhtəşəm qələbə Sizin Xalqa Xalqın da Sizə inamının təntənəsi idi. Siz bizim fəxrimiz, Qalib sərkərdəmizsiniz.

Rayonumuzun sakinləri həmişə olduğu kimi bu gün də ətrafınızdadır. Sizin yolunuzla irəliləyirlər və bundan qürur duyurlar.

Cənab Prezident, çətin və şərəfli işinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Nəzakət Abdulrazaqova.

Azərbaycan Respublikası, Şamaxı rayonu.