23 fevral 2024, 13:45

Eldar Cəfərovdan, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident,

Siz torpaqlarımızı düşmən işğalından azad edən, dünya ölkələri liderləri arasında böyük nüfuz sahibi olan “dəmir yumruq”lu Prezidentimizsiniz.

Cənab Prezident, 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunduğunuz zaman Sizi ilk təbrik edənlərdən biri mən olmuşam. Siz də yazdığınız cavab məktubunda mənə və ailəmə xoşbəxtlik arzuladınız. Allah mənə ömür verdi ki, bir ağsaqqal kimi Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edim. Xahiş edirəm təbrikimi qəbul edin.

Hörmətlə,

Eldar Cəfərov.

Azərbaycan Respublikası, Lerik rayonu.