23 fevral 2024, 13:29
Mədinə Abdurahmanovadan, Şəki, Azərbaycan
Möhtərəm cənab Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı,
Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində qazandığınız möhtəşəm qələbə münasibəti ilə Sizi Şəki Dövlət Regional Kollecinin gənc kollektivi adından təbrik edir, Sizə bu şərəfli işinizdə uğurlar arzu edirəm.
Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinə xüsusi diqqət yetirdiyiniz üçün Sizə hər bir gənc adından öz minnətdarlığımı bildirirəm. Bu siyasət nəticəsində ölkəmizdə yüksək intellektual səviyyəyə malik gənc nəsil yetişmişdir.
Yolunuz hər zaman açıq olsun, cənab Prezident!
Hörmətlə,
Mədinə Abdurahmanova
Azərbaycan Respublikası, Şəki şəhəri.