Feyzulla Əkbərovdan, Naxçıvan, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlər göz qabağındadır və hazırda ölkəmiz inkişaf yolunda inamla irəliləyir. Ötən illərə nəzər salsaq görərik ki, Siz xalqa verdiyiniz bütün vədləri reallaşdırmısınız. Verdiyiniz hər bir sözə, vədə sadiqliyiniz Sizə olan rəğbəti və etimadı daha da artırıb. Bunu fevralın 7-də keçirilmiş prezident seçkilərinin nəticələri bir daha sübut etdi. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi böyük sevinclə qarşıladıq. Sizi bu münasibətlə səmimi-qəlbdən təbrik edirəm. Siz bizim alternativsiz Liderimizsiniz. Sizin siyasətinizi dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik.
Müzəffər Ali Baş Komandan, Siz dünyada həm də sözü imzası qədər keçərli olan Lider kimi tanınırsınız. Sizinlə qürur duyuruq. İnanırıq ki, Azərbaycan Sizin rəhbərliyinizlə bundan sonra da sürətlə inkişaf edəcək, xalqımız xoşbəxt, firavan həyat yaşayacaq. Sizə cansağlığı, uzun ömür, həmişə xoş əhval-ruhiyyə, ailə səadəti, şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar diləyirəm.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Feyzulla Əkbər oğlu Əkbərov
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Gənzə kəndi