Əhliman İsgəndərovdan, Saatlı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin Azərbaycan xalqı, dövləti üçün gördüyünüz işlər ölçüyəgəlməzdir. Ölkəmizin tərəqqisi, beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsi, xalqımızın firavanlığı Sizin müdrik addımlarınızın, qətiyyətli qərarlarınızın nəticəsidir. Uzaqgörən siyasətiniz, mahir sərkərdəlik qabiliyyətiniz sayəsində tariximizin ən şanlı və şərəfli səhifəsi olan Vətən müharibəsində qələbə qazandıq, əzəli torpaqlarımız işğaldan azad edildi.
Cənab Prezident, qədirbilən Azərbaycan xalqı bütün bunları yüksək qiymətləndirərək fevralın 7-də keçirilən prezident seçkilərində yenidən Sizə səs verdi. Seçkilərdəki inamlı qələbəniz münasibətilə Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram. Əminik ki, Sizin uğurlu fəaliyyətiniz sayəsində Vətənimiz daim zirvələrdə olacaqdır.
Hörmətlə,
Əhliman Qəhrəman oğlu İsgəndərov
Azərbaycan Respublikası, Saatlı şəhəri.