23 fevral 2024, 14:30
Zahir Quliyevdən, Şamaxı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunluq hissi duyuram.
Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Əminik ki, ölkəmizdə xalq və iqtidar arasında mövcud olan qarşılıqlı inam və etimad yeni böyük uğurlarımızı şərtləndirəcəkdir.
Sizin rəhbərliyiniz dövründə Azərbaycan dünyaya bir çox nümunələr təqdim etmişdir. Növbədənkənar prezident seçkiləri də bu baxımdan səciyyəvi oldu.
Sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram.
Hörmətlə,
Zahir Quliyev
Azərbaycan Respublikası, Şamaxı şəhəri.