22 fevral 2024, 18:30
Elçin Harunovdan, Şəki, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Fevralın 7-də keçirilən prezident seçkilərində xalqımız qalib Liderini yenidən Prezident seçdi. Parlaq qələbəniz xalqın öz liderinə sarsılmaz inamından qaynaqlanır.
Azərbaycan xalqı son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara yüksək dəyər verir və bu uğurların davamlı olmasını arzulayır. Xalqımız Sizə səs verməklə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini də nümayiş etdirdi.
Azərbaycan üçün yeni bir dövr başlayır. Əminik ki, Sizin rəhbərliyinizlə ölkəmizin bütün bölgələrinin sosial inkişafı daha da yüksələcək, vətəndaşlarımız daha yaxşı yaşayacaq.
Allah Sizi qorusun!
Hörmətlə,
Harunov Elçin Allahyar oğlu
Azərbaycan Respublikası, Şəki şəhəri