Pərvanə Ağakişiyevadan, Abşeron, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin sayənizdə Azərbaycan böyük nailiyyətlər qazanıb. Ölkəmizə rəhbərlik etdiyiniz ilk gündən bu günədək önəmli dəyişikliklər baş verib. Respublikamız sosial-iqtisadi tərəqqiyə nail olub, əhalinin rifahı yüksəlib, sabitlik təmin edilib və ən əsası işğal altındakı torpaqlarımız düşmən tapdağından azad olunub.
Bu gün Azərbaycan vətəndaşı tam azad, təhlükəsiz şəraitdə yaşayır və ölkənin bütün ərazisində səsvermə hüququndan istifadə edə bilir. Bu Sizin dövlət başçısı kimi fəaliyyətinizin nəticəsidir.
Fevralın 7-də xalqımız yenidən etimad göstərərək Sizə – qalib Liderimizə səs verdi. Seçkidə qazandığınız qələbə münasibətilə Sizi təbrik edir və gələcək işlərinizdə Sizə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Pərvanə Nurəddin qızı Ağakişiyeva, Vətən müharibəsi şəhidi Nurlan Ağakişiyevin anası
Azərbaycan Respublikası, Abşeron rayonu, Mehdiabad qəsəbəsi.