23 fevral 2024, 15:33

Birdanə Məmmədlidən, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ötən illərdə ölkəmizin qazandığı böyük uğurları gündəlik həyatında hiss edən hər bir azərbaycanlının fevralın 7-də keçirilmiş prezident seçkilərində də seçimi dəyişməz olaraq qalmış, xalqımızın mütləq əksəriyyəti Sizə - Heydər Əliyev siyasi kursunun layiqli davamçısına etimad göstərmişdir. Əlbəttə, xalq taleyüklü məsələlərin həyata keçirilməsini yalnız öz sınanmış liderinə etibar edə bilərdi və belə də etdi. Sizin yenidən Prezident seçilməyiniz öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır. Sizin rəhbərliyinizlə qarşıda bizi yeni nailiyyətlər, yeni qələbələr gözləyir.

Müzəffər Ali Baş Komandan, seçkilərdə qazandığınız qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, doğma Azərbaycanımızın inkişafına və xalqımızın tərəqqisinə yönəlmiş məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Sizinlə Azərbaycanımız hər zaman zirvələrdə olacaq.

“Dəmir yumruğ”unuz daim var olsun!

Hörmətlə,

Birdanə Eldar qızı Məmmədli

Azərbaycan Respublikası, Saatlı şəhəri