23 fevral 2024, 16:36

Fuad Mirzəyevdən, Naxçıvan, Azərbaycan

Hörmətli cənab Prezident,

Naxçıvanlı gənclər adından fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə inamlı qələbəniz və yenidən Liderimiz olmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik.

Bütöv Azərbaycanın müstəqilliyi, suverenliyi və inkişafı naminə daha möhtəşəm uğurlar və zəfərlər diləyirik.

Cənab Prezident, Sizi əmin edirik ki, növbəti prezidentliyiniz müddətində də gərgin və yorulmaz fəaliyyətinizdə daim Sizin yanınızda olacağıq.

Hörmətlə,

Fuad Mirzəyev.

Azərbaycan Respublikası, Naxçıvan şəhəri.