Nəzakət Əliyevadan, Şəki, Azərbaycan
Hörmətli cənab Prezident!
Azərbaycan bugünkü inkişafı ilə, bütün istiqamətlər üzrə əldə etdiyi uğurlara görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. Ölkəmizin öncül siyahılarda yer alması Sizin gərgin əməyiniz, yorulmadan çalışmağınız, uzaqgörən xarici və daxili siyasətiniz sayəsindədir.
Siz ümummilli lider Heydər Əliyev yolunun layiqli davamçısı kimi ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə qaldırmısınız. Xalqına söykənərək, ona güvənərək ən çətin və həlli müşkül görünən problemləri qətiyyətlə, səbrlə, müdrik qərarları ilə birdəfəlik həll edirsiniz.
Xalq da Sizə güvənir, etimad göstərir. Sizi xalqın böyük etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə rayonumuzun mədəniyyət işçiləri adından təbrik edir, uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Əliyeva Nəzakət, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin sədri
Azərbaycan Respublikası, Şəki rayonu