23 fevral 2024, 16:48
Ağarza Bayramovdan, Şamaxı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin ən layiqli davamçısı kimi müstəqil Azərbaycan dövlətinə rəhbərliyiniz dövründə vəd etdiyiniz kimi, hər bir azərbaycanlının Prezidenti oldunuz.
Bu müddətdə Siz bütün dünyada öz xalqını hədsiz dərəcədə sevən və sonsuz bir məhəbbətlə sevilən Lidersiniz. Siz daim xalqın içində olub, xalqı ilə bir yerdə sevinib, onunla birlikdə kədərlənən Lidersiniz. Siz hər bir azərbaycanlının Prezidentisiniz!
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayıram.
Hörmətlə,
Bayramov Ağarza, Şamaxı rayon Veteranlar Şurasının sədri
Azərbaycan Respublikası, Şamaxı rayonu