23 fevral 2024, 17:46

Məlahət Hüseynovadan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident,

Növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə körpələr evi uşaq bağçasının kollektivi adından Sizi səmimi-qəlbdən təbrik edirəm.

Müzəffər Ali Baş Komandan, biz torpaqlarımızın işğaldan azad olunmasına möcüzə kimi baxsaq da, Siz onu gerçəkləşdirərək öz adınızı Azərbaycanın Şanlı tarixinə alternativsiz dövlət başçısı və qəhrəman Sərkərdə kimi yazdınız. Biz Sizinlə fəxr edir və qürur duyuruq.

Əziz Prezidentimiz, Sizə uzun ömür, cansağlığı, ölkəmizin növbəti uğurlar qazanması naminə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Allah Sizi və dövlətimizi qorusun!

Hörmətlə,

Məlahət Hüseynova,

Ağcabədi rayon Hacıbədəlli kəndi şəhid Rizvan Nağıyev adına körpələr evi uşaq bağçasının müdiri.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hacıbədəlli kəndi.