23 fevral 2024, 18:17
Şahin Məmmədovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Yenidən dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Əbədi müstəqilliyimiz, torpaq bütövlüyümüz uğrunda əvəzsiz xidmətlərinizə görə Sizə minnətdaram.
Uzun illərdir həsrətində qaldığımız doğma Qarabağımızın azad olunması qətiyyətli ölkə başçısı və Müzəffər Sərkərdə kimi Sizin və qəhrəman Ordumuzun misilsiz şücaəti nəticəsində mümkün oldu.
44 günlük Vətən müharibəsində Sizin diplomatiya sahəsindəki uğurlu fəaliyyətiniz, Komandan olaraq qəti iradəniz Azərbaycan xalqına Qələbə sevinci bəxş etdi.
Cənab Prezident, Sizə cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Şahin Məmmədov.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.