23 fevral 2024, 18:29
Adil Həsənovdan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Siz dövlətçilik tariximizdə taleyüklü addımlar atırsınız. Azərbaycanımızı cənnətə çevirir, haqq səsimizi dünya ictimaiyyətinə çatdırır, Vətənimizi tanıdırsınız.
Uğurlu daxili və xarici siyasətiniz hər kəsi heyran qoyub. Hərb meydanındakı Zəfərimiz və siyasi arenada diplomatik qalibiyyətlərimiz dünya dövlətləri üçün nümunədir.
Möhtərəm cənab Prezident, qələbələrimiz bol olsun! Gələcək fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, uzun ömür, uğurlar arzulayıram!
Hörmətlə,
Adil Həsənov
Azərbaycan Respublikası, Gəncə şəhəri.