23 fevral 2024, 18:39
Elmir Cəfərovdan, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident.
Müstəqillik dövründə ilk dəfə suveren Azərbaycanın bütün ərazisində keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı bildirməkdən sonsuz məmnunluq duyuram.
Sizin Liderliyinizlə torpaqlarımızın işğaldan azad edilməsi və beynəlxalq aləmdə ölkəmizin getdikcə artan nüfuzu bizi qürurlandırır.
Qalıb xalq qalıb Liderini seçdi. Biz inanırıq ki, Sizin Liderliyinizlə ölkəmizin inkişafı bundan sonra da davam edəcəkdir. Sizə bu ali vəzifənizdə rayonumuzun təhsil işçiləri adından daim müvəffəqiyyətlər arzu edirik.
Daşkəsən rayon təhsil işçiləri adından dərin hörmətlə,
Cəfərov Elmir Məhəmməd oğlu
Azərbaycan Respublikası, Daşkəsən rayonu.