23 fevral 2024, 19:00

Məhərrəm Eyyubovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Vətən müharibəsinin Şanlı Qələbəmizlə başa çatmasından və el-oba, yurd həsrətinə son qoyulmasından artıq üç ildən çox vaxt keçib. Bu müddətdə ilk Qələbə paradımız keçirildi, Tarixi Zəfərimizin ildönümləri ölkəmizdə və dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən fəxr və qürur hissi ilə qeyd edildi, gözəl Şuşamızda dünya miqyaslı tədbirlər, festival və müsabiqələr keçirilir.

Biz bunları Sizin sayənizdə yaşadıq.

Çox sağ olun, cənab Prezident!

Sizi Azərbaycan Respublikasının Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, bol şans və nailiyyətlər arzu edirəm.

Allah Sizi qorusun!

Hörmətlə,

Eyyubov Məhərrəm

Azərbaycan Respublikası, Bakı şəhəri